Şamaxıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 5 nəfərin adları məlum olub.

"Unikal"ın məlumatına görə, bu gün Şamaxı-Göylər yolunda iki avtomobilin toqquşması nəticəsində rayonun Çaylı kənd sakini, 1961-ci il təvəllüdlü Baxışova Xoşqədəm Abbas qızı, 1960-cı il təvəllüdlü Baxışov Cahangir Qulu oğlu, Dağ Bağırlı kənd sakini, 1969-cu il təvəllüdlü Qəfərov Şəfaət Qəfər oğlu, 1999-cu il təvəllüdlü Baxışov Salam Cahangir oğlu və Bağırlı kənd sakini, 1960-cı il təvəllüdlü Alıyev Famil Cümşüd oğlu ağır xəsarət alıb.

Yaralılardan birinin vəziyyəti çox ağır olduğuna görə müalicə üçün Bakıya göndərilib.

***

11:49

***

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə bu gün saat 11:30 radələrində Şamaxı-Göylər yolunda baş verib. Belə ki, "Mercedes" və "VAZ" markalı minik avtomobili toqquşub, zərbənin təsirindən onların hər ikisi yoldan çıxaraq aşıb. Hadisə zamanı 5 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hələ ki, yaralıların adları məlum deyil. Əlavə məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov