İsmayıllı rayonunda orta məktəbdə baş verən hadisənin bəzi təfərrüatları məlum olub.
"Unikal"ın məlumatına görə, bu gün saat 12:15 radələrində rayonun Kürdmaşı kənd tam orta məktəbinin 9-cu sinif şagirdi, 2008-ci il təvəllüdlü Rüstəmova Yeganə Məhəmməd qızı özünü binanın 2-ci mərtəbəsinin pəncərəsindən aşağı atıb. Hadisə dərslərarası fasilə vaxtı olub. Yeganə Rüstəmova paltarını düzəltmək bəhanəsi ilə şagird yoldaşlarına sinif otağından çıxmağı deyib və sonra qapını örtərək otağın pəncərəsindən özünü aşağı atıb. Onun 9-cu sinif şagirdlərinin buraxılış imtahanında az bal topladığına görə son günlər stress yaşadığı və bu səbəbdən intihara cəhd etdiyi bildirilir. Yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov
***
12:34
İsmayıllı rayonunda orta məktəbdə bədbəxt hadisə baş verib.
"Unikal"ın məlumatına görə, hadisə bu gün saat 12:15 radələrində rayonun Kürdmaşı kənd tam orta məktəbində qeydə alınıb. Təhsil ocağının 9-cu sinif şagirdi, 2008-ci il təvəllüdlü Rüstəmova Yeganə Məhəmməd qızı məktəb binasının 2-ci mərtəbəsinin pəncərəsindən yerə yıxılaraq ağır xəsarət alıb. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov