Sumqayıtda "Mercedes" markalı avtomobil yanıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Məhəmməd Əsədov küçəsində "Daş bazarı adalanan ərazidə baş verib. Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini kənarda saxlayıb yanacaqdoldurma məntəqəsində qaz balonunu doldurub. Qaz balonunu avtomobilə qoyarkən anidən partlayış olub və avtomobil alışıb.  Avtomobil yanaraq yararsız hala düşüb. İlkin məlumata görə, xəsarət alan yoxdur.

Fakt üzrə araşdırma aparılır.

Murad İbrahimli