Goranboyda qaraj və “VAZ” markalı minik avtomobili yanıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunun Təklə kəndində ümumi sahəsi 20 m² olan qarajın yanar konstruksiyaları və içərisində dayanan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yüksək temperaturdan bitişik, ümumi sahəsi 20 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 10 m² sahədə qarsalanıb. Köməkçi tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.