Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən hissəsində baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları hadisə yerinə cəlb edilib.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 3-ü uşaq olmaqla 8 nəfər saat 13:45 radələrində TƏBİB-in tabeliyindəki Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir.

Xəsarət alan 1 nəfərin (qadın) vəziyyəti ağır, uşaqların (2 qız, 1 oğlan olmaqla) və 5 nəfərin (kişi olmaqla) vəziyyəti isə stabildir.

***15:05

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində "Mercedes Sprinter" markalı sərnişin daşıyan mikroavtobus qarşısında hərəkət edən mişar daşı ilə dolu "KamAZ" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Hadisə zamanı "KamAZ" markalı yük maşını yoldan çıxaraq aşıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.