Novxanıda "KİA" yanıb, xəsarət alan var.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, Abşeron rayonunun Novxanı kəndində "Kia" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.