Bakıda Ağ Şəhər Bulvarında yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə gecə saatlarında baş verib. Belə ki, hərəkətdə olan avtomobillərdən biri "Mercedes" və "Chevrolet Damas" markalı maşınları vurub.

Hadisə nəticəsində "Damas" aşıb, digər nəqliyyat vasitələrinə isə ciddi ziyan dəyib.

Murad İbrahimli