Xətai rayonunda ümumi sahəsi 250 m² olan birmərtəbəli, taxta konstruksiyadan ibarət müxtəlif təyinatlı obyektlərdən sahəsi 50 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, yüksək temperaturdan sexin qarşısında təmirə dayanan "Mercedes" və "Honda" markalı minik avtomobillərinin ön hissəsi, "Hyundai" markalı minik avtomobilinin arxa hissəsi yanıb. Tikilinin və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.