Bugün saat 10:17 radələrində Bakı-Şamaxı yolunun 21-ci km-də Allahvürdiyev Vüqar Vahid oğlunun idarə etdiyi "İsuzu" markalı 77-JD-470 nömrə nişanlı yük avtomobili piyada zolağından yolu keçməkdə olan 1996-cı il təvəllüdlü Əzməmmədova Əfsanə Aydın qızını və onun 3 yaşlı qızı Əzməmmədova Aylin Murad qızını vurub.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində Əfsanə Əzməmmədova həyatını itirib, azyaşlı qızı isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.