Gəncədə  yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə  şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" ilə "VAZ 21015" minik avtomobilləri  toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerldirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov