Şəmkir sakini intihar edib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Qapanlı kəndində baş verib.

Məlumata görə, kənd sakini Cəfər Camalov yaşadığı evdə ov tüfəngindən atəş açaraq özünü öldürüb. 

İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.