İsmayıllı rayon sakini özünü asıb.
"Unikal"ın məlumatına görə rayon sakini, 1961-ci il təvəllüdlü Rzayev Talıb Məhəmməd oğlu bu gün saat 17:30 radələrində yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Talıb Rzayevin özünə qəsd etməsinin səbəbi bilinmir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov