"Sədərək" Ticarət Mərkəzində dava olub.
"Unikal" lent.az-a istinadən xəbər verir ki, bir qrup şəxs arasında düşən davada Yevlax rayon sakini 47 yaşlı Gəray Qasımov döyülüb.
Hadisəni törədənlərin kimliyi məlum deyil.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.