Qaxda çardaqdan yıxılan 40 yaşlı kişinin ayağı sınıb.

"Unikal" xəbər verir ki, hadisə bu gün rayonun Almalı kəndində baş verib. Kənd sakini 1983-cü il təvəllüdlü Yusif Şamil oğlu İsmayılov yaşadığı ünvanda mal tövləsinin çardağından yıxılıb. 

Hadisə nəticəsində xəsarət alan Y. İsmayılov Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sol bud sümüyünün sınığı dioqnozu qoyulub, müalicəsi xəstəxanada davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli