Ağdaş rayonunda kemiş polis əməkdaşı intihar edib.
"Unikal"ın məlumatına görə, hadisə bu gün saat 18:40 radələrində rayonun Şor Dəhnə kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Hüseynov Məhərrəm Bəhram oğlu yaşadığı evdə ov tüfəngindən özünə atəş açıb. Ailə üzvləri hadisədən gec xəbər tutduqları üçün çoxlu qan itirən Məhərrəm Hüseynov hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Ağdaş rayon Mühafizəİdarəsinin əməkdaşı olmuş polis serjantı Məhərrəm Hüseynov uzun müddətdir ki, Ağdaş rayon Prokurorluğunun giriş qapısında dayanaraq binanı mühafizə edirdi. Onun nişanlı olduğu bildirilir və toy mərasiminə hazırlaşdığı bir vaxtda özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq bilinmir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov