Zaqatalada məktəbə düşən ildırım nəticəsində başlayan yanğın söndürülüb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində məktəbin dam örtüyündə baş verən yanğın sinif otaqlarına keçmədən qısa müddətdə söndürülüb", - deyə bildirilib.

***21:24

Zaqatalada məktəbdə yanğın baş verib.

"Unikal" xəbər verir ki, yanğın rayonun Əliabad qəsəbə 4 saylı tam orta məktəbində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Seymur Əli