Bakıda sürücü sükan arxasında ölüb.
"Unikal" xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Sürücü avtomobili idarə edərkən ölüb, bu zaman avtomobil səkiyə çırpılıb.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
İlkin məlumata görə, sürücü ürək tutmadan ölüb.