Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb. "VAZ-2106" markalı minik avtomobili idarəetmənin itməsi nəticəsində yol kənarındakı maneəyə çırpılıb. Nəticədə 3 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.