İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə bu gün saat 16:30 radələrində İsmayıllı şəhərində qeydə alınıb. Rayon sakini Vüqar Nəbiyev idarə etdiyi "Toyota" markalı minik avtomobili ilə yolu keçən piyadanı, Laçın rayon sakini sakini, 1990-cı il təvəllüdlü Məmmədov Elvin Əvəz oğlunu vurub. Yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb, hazırda vəziyyəti ağırdır.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov