Oğuzda rəngsazı elektrik cərəyanı vuraraq öldürüb.
"Unikal" xəbər verir ki, hadisə Oğuz şəhəri, Gənclik massivi adlanan ərazidə baş verib. Ərazidəki fərdi yaşayış evlərinin birində rəngsaz işləyən, rayonun Bayan kənd sakini, 1987-ci il təvəllüdlü Şərif Məhəmməd oğlu Babayevi elektrik cərəyanı vurub. O, aldığı elektroşok xəsarətindən hadisə yerində ölüb.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
Seymur Əli