Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndində qeydə alınıb.
Belə ki, "VAZ 2106" markalı avtomobillə "Hyundai" toqquşub.
Qəzadan sonra "VAZ 2106" ağaca və elektrik dirəyinə çırpılıb.
Hadisə nəticəsində həmin maşının sürücüsü ölüb.
Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.
Faktla bağlı araşdırma aparılır.