Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğın olub.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 1 p.m və 1 ədəd paltaryuyan maşın yanıb.
"Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda vurğulanıb.