"İrana qarşı üfüqdə müharibəyə gətirib çıxara biləcək mənfi hadisələr var".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi Herzl Halevi deyib.
İsrailin Reyxman Universitetində keçirilən konfransda çıxış edən Halevi, "İranın bölgədəki ən güclü varlığı" adlandırdığı Hizbullaha da toxunub. Hizbullah bizi başa düşdüyünü düşünür və bu, bizə meydan oxumağa cəsarət edir. Şimalda münaqişə çətin olacaq, lakin biz bununla necə məşğul olacağımızı biləcəyik. Regional səviyyədə İran ətrafımızdakı hər şeyə qarışıb – qarşılaşdığımız hər bir düşmən bu və ya digər şəkildə İranın əllərinin izini daşıyır. Bizim İrana zərbə vurmaq imkanımız var”, - deyə o, qeyd edib.
Gülayə Mecid