Dünyanın ən varlı adamı olan Fransanın LVMH şirkətinin səhmlərinin böyük hissəsinə sahib olan fransız Bernard Arnault səhmlərinin düşməsi səbəbindən bir gündə 11,2 milyard dollar itirib.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilir ki, 11,2 milyard dollar itirməsinə baxmayaraq, fransız milyarderin sərvəti hələ də 191,6 milyard dollar təşkil edir. Bu il onun sərvəti 29,5 milyard dollar artıb.
Gülayə Mecid