TÜRKPA Müşahidə Missiyası Türkiyədə seçkiləri izləyir

"Unikal" xəbər verir ki, prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün Türkiyədə səfərdə olan TÜRKPA Müşahidə Missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əhliman Əmiraslanov, Müşahidə Missiyasının üzvləri-Milli Məclisin deputatı Anar Məmmədov, Qırğızıstan və Qazaxıstan deputatları seçki günü müxtəlif seçki məntəqələrində olmuş, prosesin gedişini və vətəndaşların fəallığını izləyiblər.

xxx

12:29

TÜRKPA Seçki Müşahidə Missiyası Türkiyədə YSK rəhbərliyi ilə görüşüb.

"Unikal" xəbər verir ki, Türkiyə Respublikasında keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün mayın 26-dan bu ölkənin paytaxtı Ankara şəhərində olan TÜRKPA Müşahidə Missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və deputat Anar Məmmədov YSK (Yüksək Seçki Kurulu) rəhbərliyi ilə görüşərək seçkilərlə bağlı hazırlıqlar, o cümlədən seçki məntəqələrində prosesin gedişi ilə bağlı fikir mübadiləsi aparıblar.