Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Goran-Qızılhacılı yolunda qeydə alınıb. Hərəkətdə olan "Mersedes" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1983-cü il təvəllüdlü Bəylərov Naili  vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Murad İbrahimli