Bu gün saat 04 radələrində 1999-cu il təvəllüdlü Şiriyev Tural Araz oğlu "Rent-a-car"-dan icarə götürdüyü Hyundai Sonata markalı 99-LX-111 dövlət qeydiyyat nişanlı avtomobillə Salyan yolu küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.

"Unikal"ın məlumatına görə, avtomobilin yol kənarına aşması nəticəsində Tural Şiriyev hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olmuş qardaşı 2000-ci il təvəllüdlü Turqay Şiriyev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Bakı şəhəri Səbail RPİ-də Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Murad İbrahimli