Bu gün səhər saatlarında Bakının Nizami rayonundakı “8-ci kilometr” bazarında güclü yanğın hadisəsi baş verib.
“Unikal” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti hadisə yerinə cəlb olunub.
Hadisə ilə bağlı FHN məlumat yayıb. Məlumatda qeyd olunur ki, Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 45 m² olan mağazanın yanar konstruksiyaları 2 m² sahədə yanıb.
Bildirilib ki, yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.