"Ayrı-ayrı ölkələrdə saytlar yaradılır və Azərbaycandakı hərbçilərə müraciətlər daxil olur. O cümlədən keçmiş Əfqanıstanda xidmət edən hərbçilərə müraciətlər olur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, müxtəlif formada vədlər verilir:

“Əmək haqları sadalanır ki, muzdlu şəkildə proseslərdə iştirak etsinlər. Hesab edirəm ki, bunun qarşısı kəskin şəkildə alınmalıdır. Kimisə şirnikləndirməklə vaxtı ilə İŞİD-ə cəlb etmişdilər".

Anar Kəlbiyev