Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Qara Qarayev metrostansiyasının yaxınlığında baş verib. Belə ki, "Bolt" taksi şirkətinə məxsus olan "Toyota Prius" markalı avtomobillə "Hyundai Santafe" markalı maşın toqquşub.

Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Qəzadan sonra sürücülər arasında mübahisə yaşanıb.

Seymur Əli