Bakı şəhərinin Səbail rayonunda yanğın olub.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, ümumi sahəsi 70 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.