Bu gün günorta saatlarında Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində 10 yaşlı kanala düşüb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, kanala düşən azyaşlı Pirsaatov Məhəmməd Elsevər oğludur. O həmyaşıdları ilə oynayarkən su kanalına düşüb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Uşağın axtarışları davam etdirilir.

Məhəmməd Pirsaatov Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin 4-cü sinif şagirdidir.

xxx

12:10

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən "Unikal"a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.