Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.
"Unikal" xəbər verir ki. bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki. binanın 6-cı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac və 6 ədəd elektrik açarı yanıb.
"Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.