Siyəzəndə yaşayış binasında partlayış olub.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə 51 saylı binada yerləşən mənzillərin birində qeydə alınıb.

İlkin məlumata görə hadisə zamanı 3 nəfər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq mühafizə orqanlarının və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Sakinlər binadan təxliyə olunub.

Partlayışın səbəbi araşdırlır.