Oğuzda minik avtomobilləri toqquşub bir nəfər ölüb, üçü bir ailənin üzvü olmaqla 5 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, bu gün axşam saatlarında Oğuz rayonunun Padar kəndi ərazisində “VAZ-2106” və “ Toyota” markalı avtomobillər toqquşub. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Oğuz rayon sakini Abbasov İlqar Aydın oğlu aldığı xəsarətlərdən ölüb, iki nəqliyyat vasitəsində xəsarət alan ümumilikdə 5 nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.