Gəncə şəhərində yeniyetmə qonşusuna məxsus avtomobili qaçıraraq yol nəqliyyat hadisəsi törədib.

"Unikal" xəbər verir ki, şəhər sakini 2009-cu il təvəllüdlü F. Məmmədov qonşusunun evinin qarşısında saxladığı "VAZ-2107" markalı avtomobili qaçıraraq bir müddət idarə etmiş daha sonra şəhərin başqa yerində idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, daha sonra fərdi yaşayış evinin hasarına və darvazasına çırpıb.

Nəticədə F.Məmmədov hər iki diz, üz və dodaq nahiyəsinin əziyi xəsarəti alaraq uşaq xəstəxanasına yerləşdirilib.

Murad İbrahimli