Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal" xəbər verir  ki, qəza Neftçilər prospektində, Funikulyorun yaxınlığında qeydə alınıb. 

Nəticədə "Toyota Prius" markalı iki avtomobil bir-birinə çırpılıb. 

Hadisə zamanı xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur.