Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 176 nömrəli orta məktəbdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
FHN-dən "Unikal"a bildirilib ki, həyata keçirilmiş operativ tədbirlər nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində üçmərtəbəli məktəb binasının zirzəmisində 20m² sahəyə yığılmış parta, şkaf və digər avadanlıqlar, o cümlədən zirzəmidən keçən elektrik kabelləri 7p.m. yanıb.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının məktəb binasına keçməsinə imkan verilməyib.