Ermənistan hərbi birləşmələrinin Laçında törətdiyi təxribat nəticəsində sərhəddə vəziyyət yenidən gərginləşib. 

"Unikal" xəbər verir ki, Həkəri çayı üzərində yerləşən sərhəd-buraxılış məntəqəmizin təxribatdan sonra ilk görüntüləri yayılıb. 

Videoda sülhməramlı kontingentin yolu Ermənistan tərəfindən bağladığı görünür. 

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan silahlılarının təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, gizir Elşən Rüstəmov yaralanmışdı. Azırbaycan ordusu cavad tədbirləri nəticəsində Ermənistanın 2 snayperini zərərsizləşdirib. 

Ağarza Elçinoğlu