Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, Cəlilabadın Göytəpə şəhərində “Son zəng” günü içində məzunlar olan VAZ-2107 markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı heç bir avtomobilin sükanı arxasında məktəbli, məzun olmayıb:
“Məktəblilər taksi fəaliyyəti göstərən həmin nəqliyyat vasitələrində sərnişin qismində olublar və hadisə zamanı xəsarət alan olmayıb. Nəqliyyat vasitələrindən birinin sürücüsü ötmə qaydalarını pozduğuna görə, barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görülüb”.