Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Yol qəzası zamanı bir nəfər hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Unikal"a bildirib ki, iyun ayının 15-də Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə Ağstafa Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, nəqliyyatın hərəkəti bərpa olunub: "İlkin araşdırmalar nəticəsində məlum olub ki, Ağstafa rayon sakini Vilayət Nəbiyevin idarə etdiyi VAZ 2107 markalı avtomobil Bakı istiqamətində hərəkətdə olan zaman yolun kənarında dayanmış Kamal Əsədova məxsus VAZ 2172 (Priora) markalı avtomobilə ilə toqquşub. Toqquşmadan əvvəl sərnişin 1999-cu il təvəllüdlü Hidayət Hüseynov avtomobildən düşmək istəmiş bu zaman sonun hər iki avtomobilin arasında qalaraq xəsarət almış, aparıldığı Ağstafa rayon Mərkəzi Xəstəxanasında ölüb".
Faktla bağlı araşdırmalar davam etdirilir.
Murad İbrahimli