Oğuzda güclü külək iri gövdəli ağacları aşırıb.

"Unikal" xəbər verir ki, ötən gün axşam saatlarında əsən küləkk Oğuz rayonu ərazisində yerləşən istirahət mərkəzinə ziyan vurub.

Belə ki, güclü külək nəticəsində istirahət mərkəzlərindən birinin həyətində olan iri gövdəli ağaclar aşaraq bir-neçə otağın dam ortüyünü yararsız vəziyyətə salıb.

Nəticədə istirahət mərkəzinə ziyan dəyib. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Seymur Əli