Ölkəmizdə fəaliyyət göstərən bir sıra hökumət portallarına girişdə problem yaranıb.

“AzInTelecom” MMC-nin Korporativ kommunikasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Murad Əhmədov "Unikal"a bildirib ki, MMC-yə məxsus bəzi avadanlıqlarda müəyyən texniki çətinliklər yaşanır.

Onun sözlərinə görə, yaranan çətinlik qurumlara və vətəndaşlara təqdim edilən xidmət və məhsulların əlçatanlığına müəyyən təsir edə bilər.

"Hazırda mütəxəssislərimiz tərəfindən çətinliyin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək. “AzInTelecom” MMC olaraq müvəqqəti çətinliyə görə üzr istəyirik”, - qurum rəsmisi qeyd edib.