Tovuzada baş verən qəzada xəsarət alan şəxsin kimliyi məlum olub.

"Unikal"ın məlumatına görə, hadisədə xəsarət alan "KamAz"ın sürücüsü 1980-ci il təvəllüdlü Teymur Məmmədovdur.

Qeyd edək ki, qəza zamanı sərnişin avtobusunda olan sərnişinlərdən xəsarət alan olmayıb.

***23:33

Tovuzda "KamAz"la sərnişin avtobusu toqquşub.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayon Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan sərnişin avtobusu ilə "KamAz"la toqquşub. Qəza zamanı "KamAz"ın sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Tural Əhmədov