Şəkidə qaz sızması səbəbindən evdə baş verən partlayışda ağır xəsarət alan azyaşlılar dünyasını dəyişib.
"Unikal" xəbər verir ki , ötən gün rayonun Aşağı Göynük kəndində partlayış zamanı ağır xəsarət alan azyaşlılar, 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhəri Nərmənov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə aparılarkən yolda dünyasını dəyişiblər.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli