Şəkidə  "Kamaz" yanıb.

"Unikal" xəbər verir ki, hadisə bu gün Şəki rayonu Kiçik Dəhnə kənd ərazisində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Quliyev Vüqar Mustafa oğluna məxsus "Kamaz" markalı yük avtomobilində yanğın baş verib. Yanğın yerinə Şəki   DYMH-dan yanğınsöndürən texnika və şəxsi heyət cəlb olunub.Yanğın zamanı yük avtomobilinə qoşulmuş  qoşqunun yanar konstruksiyaları və qoşqu üzərindəki ot yanıb. Sürücü  Vüqar Quliyev isə  müxtəlif dərəcəli yanıq xəsarəti alaraq, Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli