Xızıda sel səbəbindən 24 nəfər köməksiz vəziyyətdə qalıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin “112" qaynar telefon xəttinə Xızı rayonunun Ağdərə kəndində intensiv yağan yağışların əmələ gətirdiyi sel suları nəticəsində yarasız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda 24 nəfər sərnişinin köməksiz vəziyyətdə qalması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə FHN-in Mülki müdafiə qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri, o cümlədən həkim briqadası cəlb olunub.

Əlavə məlumat veriləcək.

xxx

22:55

Xızıda bir neçə şəxs kənddə köməksiz vəziyyətdə qalıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Ağdərə kəndində köməksiz vəziyyətdə qalmış vətəndaşların təxliyəsi üçün Mülki Müdafiə Qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri və xüsusi texnikaları, o cümlədən ilk yardım üçün həkim briqadası cəlb olunub.