Ağstafada piyadanı maşın vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun  Poylu qəsəbəsində  qeydə alınıb. Hərəkətdə olan avtomobil 1989-cu il təvəllüdlü Elçin Xəlilovu vurub.Piyada xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov