Qax rayonunda evdə yanğın baş verib.  

"Unikal" xəbər verir ki, yanğın rayonun Qıpcax kənd sakini 1961-ci il təvəllüdlü Muradov Şəfayət Zəkəriyyə oğluna məxsus evdə baş verib.

Hadisə yerinə Qax yanğından mühafizə hissəsindən üç yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 132 kv/m, kürsülü 5 otaqdan ibarət olan evin,100kv/m hissəsi tamamilə yanıb. Evin bir otagı və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisənin  baş vermə səbəbi araşdırılır.

Seymur Əli