Bakıda 68 yaşlı kişi itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə  itkin düşən şəxsin yaxınları məlumat verib.

Bildirilib ki, 1955-ci il təvəllüdlü İsgəndərov Oruc Mirzəli oğlu ötən gün yaşadığı evdən naməlum istiqamətə gedərək geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, vətəndaşın evdən çıxaraq itkin düşməsi ilə bağlı daxil olan müraciət üzrə axtarış verilib və hazırda tədbirlər görülür.